QƏLƏBƏNİ DİZLƏRİM ÜSTƏ ÇÖKÜB AĞLIYARAQ QARŞILAMIŞAM
Baxış sayı: 11
Xaçmazlı gizir Elvin Qurbanovun vətən müharibəsini xatırlayanda yadına ilk gözü önündə şəhid olan əsgərləri bir də özünün yaralandığı an düşür. Deyir ki, mən o yollardan keçmişəm ki, hər addımında ölümlə həyat arasında incə bir xətt var idi. Mən o səsləri eşitmişəm, o anları yaşamışam ki, insanın içində qorxu yox, yalnız bir sual qalır: “Görəsən bir dəqiqə sonranı görəcəyəmmi?” Mən cəbhədən yaralı qayıtdım… amma ruhum sınmadı. Əksinə, daha da möhkəmləndi.
İndi mənim bir yolum var: Düz yol. Şərəfli yol. İnsan kimi yaşamaq yolu. Və mən bu yolu sonuna qədər gedəcəyəm.
