GƏNC AİLƏLƏRDƏ NARKOMANİYA, BOŞANMA VƏ ERKƏN NİGAHLAR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 167
			
	
        
		
			
		
		
	
	
		Bu günkü verilişimizi ayın yekununa həsr etmişik. Belə ki, bu ay  “Ağsaqqal sözü” verilişinin birliyi ağsaqqallarımızla birgə Qəçreş İƏD, Rustov İƏD və Zərdabi qəsəbə İƏD-lərində olduq, əhali ilə görüşdük.   Müvafiq olaraq yerlərdə boşanmalar, erkən nigah və narkomaniyaya qarşı mübarizə mövzularında söhbətlər apardıq. Bugünkü verilişimizə də həmişə olduğu kimi təkcə şimal bölgəsində deyil, respublikamızda sayılıb seçilən ağsaqqallarımızı dəvət etmişik. Hər üç neqativ hala qarşı dövlətimizin məqsədyönlü siyasəti, problemlərə aydın yanaşması mövcuddur və bu istiqamətdə dövlət qurumlarının həyata keçirdikləri tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki cəhətdən sağlam təməllər üzərində formalaşmasını qarşıya məqsəd qoyur. Bu məsələlərin aradan qaldırılmnası üçün cəmiyyət də aktiv iştirak etməli və bu məsələlərə heç kəs laqeyd qalmamalıdır. Bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam və etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur.
    
        
                    
            
	
	
				
				
		
	
	
				