GƏNC AİLƏLƏR NİYƏ BOŞANIR?

Ailə hər bir cəmiyyətin təməlidir. Lakin son illərdə ailələrin daha qısa müddətdə dağılması, xüsusilə gənc insanların evlilik qərarından cəmi bir neçə ay sonra boşanma haqqında düşünməsi diqqət çəkir.

Əvvəllər ailə qurmaq daha uzunmüddətli bir hazırlıq və düşüncə prosesi kimi qəbul olunurdu. İnsanlar ailədə qarşılaşa biləcəkləri çətinliklərə daha çox hazırlaşır, problemlərin həllinə zaman ayırırdılar. Bu gün isə bəzən gənclərin çox qısa müddətdə evlənmək və eyni sürətlə də ayrılmaq qərarı verdiyini görürük. Ailə münasibətlərində yalnız ər-arvadın deyil, uşaqların da mövqeyi və gələcəyi mühüm məsələdir. Uşaqların ailə münasibətlərini necə qəbul etməsi, valideynlər arasındakı davranış və ünsiyyət onların gələcək həyatına da təsir göstərə bilər. Boşanmaların səbəbləri müxtəlifdir: xəyanət, ailədaxili münaqişələr, zorakılıq, zərərli vərdişlər, maddi və sosial problemlər, eləcə də tərəflərin bir-biri ilə sağlam ünsiyyət qura bilməməsi. Bəzən isə ailə daxilində yaranan məsələlərə valideynlərin və digər yaxınların müdaxiləsi problemi daha da mürəkkəbləşdirir. Ailə qurmaq yalnız iki insanın bir araya gəlməsi deyil, həm də böyük məsuliyyət, qarşılıqlı hörmət, səbir və sağlam ünsiyyət tələb edən bir həyat yoludur.Ailə dəyərlərinin qorunması bütövlükdə cəmiyyətin məsuliyyətidir. Ümid edirik ki, bugünkü söhbətimiz gənclərin ailə qurmaq qərarına daha məsuliyyətlə yanaşmasına və ailə daxilində yaranan problemlərin həllinə daha sağlam yollarla baxmasına töhfə verəcək.