DÜŞMƏNİN DÖRD POSTUNUN ORTASINDAN KEÇİB HƏRBİ MƏNTƏQƏSİNİ ƏLƏ KEÇİRTDİK

Xıdırov Orxan Bəhruz oğlu. 13 noyabr 1991-ci ildə Şabran rayonunda anadan olub. Orxan Xıdırov 07 oktyabr 2012 ildə Fizuli rayonunda yerləşən «N» saylı hərbi hissənin Kəşfiyyat bölməsində xidmətə başlayıb. Xidmət zamanı — 2013 -cü ildə Alıxanlı istiqamətində 2 dəfə düşmənin basqınının qarşısını alan dəstədə döyüş tapşırığını yerinə yetirib. Həmin doyüşdə düşmən itkilərini neytral ərazidə qoyaraq qaçmışdı. Bir müddətdən sonra Orxanın xidmətdə olduğu hərbi hissəyə Xüsusi Təyinatlı Qüvvələrdən seçimə gəlirlər. Bu zaman XTQ nin ilkin tələb etdiyi standart normativləri 100 balla verərək Xüsusi Təyinatlı Qüvvələrə seçilən Orxan XTQ — nin kursuna qatılıb. 370 nəfərin qatıldığı XTQ kursunu bitirən 26 nəfərdən biri olan Orxan Xıdırov, 2015 — ci ildə Fizuli rayonu istiqamətində yenə düşmən təxribatının qarşısını alan dəstədə olur. 2017 ci ildən xidmət yeri dəyişdirilərək Tərtər rayonunda «N» saylı hərbi hissəyə göndərilir. 27 sentyabr 2020 — ci il tarixində düşmənin növbəti təxribatının qarşısını almaq məqsədi ilə Orxangilin qrupu böyük fədakarlıqlar göstərdi. Bir gecəyə Ağdərə istiqamətində 22 düşmən postunu işğaldan azad etdilər.