BİR ATIŞLA DÜŞMƏN AVTOMOBİLİNİ MƏHV ETDİM
Baxış sayı: 13
Dadaşov Ağadadaş Əmin oğlu 1994-cü il yanvar ayının 27-də Quba rayonunun Alpan kəndində anadan olub.
2016-cı il aprel döyüşlərində ön cəbhədə Snayper Manqa komandiri kimi vuruşan Ağadadaş, xüsusilə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 2016-cı ilin iyul ayında ordudan tərxis olunub.
2020-ci il sentyabrın 27-də könüllü olaraq Vətən Müharibəsində iştirak edib. Ağadadaş Dadaşov bir çox igid döyüşçülərimiz kimi Vətən müharibəsində şücaət göstərərək möhtəşəm Zəfərə öz töhfəsini verib.
