Azərbaycan neftdən sonra nə satacaq? Təhsil və elm pula çevrilə bilərmi? | Gələcək Bilik
Baxış sayı: 22
Azərbaycanın gələcəyi yalnız neftlə ölçülə bilməz. Sual budur: neft sektorundan kənarda hansı sənaye, texnologiya və iqtisadi sahələr real şəkildə inkişaf edə və dünya bazarına çıxa bilər?
Bu buraxılışda “Gələcək Bilik”də fundamental sualı qoyuruq:
Təhsil və elm ölkənin iqtisadi gücünə necə çevrilməlidir?
Aqrotexnologiya, enerji texnologiyaları, kimya və bio-texnologiya, DATA və süni intellekt, logistika və sənaye innovasiyaları — bunların hamısı bilik üzərində qurulur.
Amma o zaman sual yaranır:
Bizim kimya, biologiya, fizika dərslərimiz yerli potensiala uyğun qurulmalıdırmı?
Yoxsa Finlandiya və Avstraliyanın dərsliklərini olduğu kimi kopyalamaq kifayətdir?
Bu buraxılışda müzakirə edirik:
– Təhsil niyə iqtisadi strategiyanın bir hissəsi olmalıdır
– Elm niyə nəticə vermir kimi görünür
– Lokal maraqlara uyğun bilik modeli necə qurulmalıdır
– “Əzbər” yox, “düşünən və istehsal edən beyinlər” necə yetişdirilir
Çünki məsələ dərslikdə deyil.
Məsələ biliyin hara xidmət etməsindədir.
