AZƏRBAYCAN AİLƏSİ: MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR

Hər bir cəmiyyət müxtəlif ailələrin toplumundan ibarətdir. Cəmiyyətin ailəyə təsiretmə gücünü o zaman uğurlu saymaq mümkündür ki, bu təsir gücü qarşılıqlı olsun. Əbəs yerə ailəni kiçik dövlətə bənzətməyiblər. Onun da öz qanunları, adəti, ənənəsi, yaşam tərzi, mühiti var. Dünyada mövcud olan bu təbii birliklərin içərisində Azərbaycan ailəsinin də özünəməxs yeri var. Ta-qədimdən Azərbaycan ailəsində ağsaqqal-ağbirçək sözü önəmli sayılıb. Böyüyün, kiçiyin öz yeri olub. Abır və həya, namus və qeyrət Azərbaycan ailəsinin ülviliyini, üstünlüyünü şərtləndirən, müqəddəsliyinə təminat verən amillərdəndir. Azərbaycan ailəsinin, xüsusilə də qadınların hüquqlarının qorunmasını, azadlıq arzularının təminatçısı olan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət proqlamları, verilən sərəncamlar, həmçinin prezidentimiz İlham Əliyevin bu sahədə apardığı siyasət hər bir Azərbaycan vətəndaşına aydındır. Hamımıza bəllidir ki, Azərbaycan ailəsinin ən böyük himayədarı ulu öndər Heydər Əliyev olubdur. Onun başlatdığı bu kurs bu gün də davam etdirilir.