Avropada bənzəri olmayan sinaqoq | Qubadakı Altı Günbəz Sinaqoqunun sirri
Baxış sayı: 11
“Tikdim ki, izim qala” verilişinin bu buraxılışında sizi Azərbaycanın nadir dini-memarlıq abidələrindən biri ilə tanış edirik — Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən Altı Günbəz Sinaqoqu ilə.
1888-ci ildə memar Gilel ben Xaimin layihəsi əsasında inşa edilən bu sinaqoq Qırmızı Qəsəbənin İsaak Xanukov küçəsində yerləşir və bölgənin qədim dini-mədəni irsinin mühüm nümunələrindən hesab olunur.
🕍 Sinaqoqun memarlıq xüsusiyyətləri onu digər ibadət məkanlarından fərqləndirir.
📌 Maraqlı faktlar:
▪️ Sinaqoq altı günbəzli və altıguşəli memarlıq quruluşuna malikdir
▪️ Bu forma Qilqat məhəlləsi sakinlərinin Qələdüz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində köçərək buraya gəlməsinin rəmzi sayılır
▪️ Binada 14 əsas pəncərə yerləşir
▪️ Pəncərələr palıd ağacından hazırlanmış altıguşəli ulduz formasında işlənib
▪️ Böyük ibadət zalı Şərq memarlıq üslubunda tikilib
Sinaqoqun daxilində ibadət divarına baxan hissə aron-kaduş adlanır.
Bu hissə Qüds istiqamətinə yönəlmiş qibləgahdır və hündürlüyü 7 metrdir. Müqəddəs kitablar isə həmin divarda yerləşən xüsusi dolabda saxlanılır.
📜 Tarixi sınaqlardan keçən bu məbəd 1995-ci ildə bərpa olunmağa başlanmış, bərpa işləri isə 2000-ci ilin oktyabrında tamamlanmışdır.
Bu gün sinaqoq yenidən dindarların istifadəsinə verilib. Binanın zirzəmisində isə 60 nəfərlik ibadət zalı və dini mərasimlər üçün xüsusi məkan fəaliyyət göstərir.
📺 “Tikdim ki, izim qala” verilişində biz bu qədim abidənin tarixini, memarlıq xüsusiyyətlərini və keçdiyi yolu araşdırırıq.
👍 Videonu bəyənin
💬 Fikirlərinizi şərhlərdə paylaşın
🔔 Qafqaz TV kanalına abunə olun
