44 GÜNÜN QƏHRƏMANLARI
Baxış sayı: 12
Bədirov Ruslan Şixniyaz oğlu 10 may 2002-ci ildə Quba rayonunun Möhüc kəndində anadan olub. 2020-ci ilin iyulunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 44 günlük Vətən müharibəsində iştirak edib, Füzuli, Qubadlı və Şuşa rayonlarının işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşub. Şuşa, Füzuli, Qubadlı və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub.
Çobanov Üzeyir Zülfüqar oğlu 2001 ildə Qubada anadan olub. 44 günlük Vətən müharibəsində iştirak edib. Kəlbəcər, Füzuli, Cəbrayıl, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Kəlbəcər, Füzuli, Cəbrayıl, igidliyə görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub.
