“SAĞLAM GƏNCLİK – GÜCLÜ GƏLƏCƏK”
Baxış sayı: 90
Texnologiyanın sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə gənclərin fiziki və psixoloji sağlamlığı xüsusi diqqət tələb edir. Araşdırmalar göstərir ki, qeyri-sağlam qidalanma, hərəkətsizlik, yuxu rejiminin pozulması və stress yeniyetmələr arasında geniş yayılıb. Statistik məlumatlara əsasən, son illərdə artıq çəkidən əziyyət çəkən yeniyetmələrin sayı artıb, eyni zamanda stress, narahatlıq və emosional gərginlik halları daha tez-tez müşahidə olunur. Vüqar müəllim sualım sizədir. Ən narahatedici məqamlardan biri isə odur ki, bir çox yeniyetmə idmanı həyatının ayrılmaz hissəsi kimi görmür. Halbuki mütəxəssislər bildirir ki, məhz bu yaş dövründə formalaşan idman vərdişləri insanın bütün gələcək həyatına təsir edir. Bəzi yeniyetmələr xarici görünüş, akademik uğur və ya sosial status səbəbindən özlərini cəmiyyət daxilində rahat hiss etmirlər.Ailə mühiti də bu prosesdə mühüm rol oynayır. Ünsiyyətin zəif olduğu ailələrdə böyüyən uşaqların sosial bacarıqları daha çətin inkişaf edir. Mütəxəssislər qeyd edir ki, idman bu problemin həllində mühüm vasitələrdən biri ola bilər. Komanda idman növləri yeniyetmələrə ünsiyyət qurmağı, birlikdə işləməyi və özlərini ifadə etməyi öyrədir.
