“Sən instituta girə bilməzsən…” — Uşaqlıq yarasından həkimliyə uzanan yol | Qonaq Otağı
Baxış sayı: 20
“Qonaq otağı” verilişinin bu dəfəki qonağı — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankının Quba bölməsinin direktoru, həkim Bağır Bağırlı oldu.
Bu buraxılışda Bağır həkim öz həyatının ən çətin, ən ağrılı və ən yadda qalan hekayələrini bölüşdü.
Uşaqlıq illərindən danışan Bağır Bağırlı ailədə çox uşaq olduqlarını, bütün bacı-qardaşların təhsilli böyüdüyünü qeyd etdi. Amma onun xatırladığı ən dərin yara — ali məktəbə hazırlaşdığı illərdə əmisi tərəfindən deyilən sözlərdir:
“Hər adam instituta girə bilməz… Sən qəbul ola bilməyəcəksən.”
Bu sözlərin onu necə sarsıtdığını, həmin gün saatlarla ağladığını və o anın həyatını dəyişdirdiyini etiraf etdi. Elə həmin gün Yardımlıdan Bakıya gedərək yeni həyat mübarizəsinə başlayıb.
Verilişdə Bağır Bağırlı həm də həyatının ən ağır dönəmini bölüşdü:
qardaşının dünyasını dəyişdiyi gün özünün açıq ürək əməliyyatı keçirməsi…
Bu hadisə onun yaddaşında ömürlük iz buraxıb.
Bu söhbət — bir həkimin taleyindən yox, həm də bir insanın “bacarmazsan” deyilən yerdən necə yüksəldiyini göstərən həyati bir dərsdir.
