Yazıçı, tərcüməçi və fotoqraf Hədiyyə Şəfaqətin işinin peşəkarı olması ilə yanaşı, həm də incə ruhlu
bir insan olduğu “Birini seç” verilişində bir daha aşkar oldu. Köçəri yaşamağı və uzun yolu tək getməyi sevən yazıçı niyə soyuğu sevmir? Üşüyəndə ağlayan yazıçı və fotoqrafın göz yaşlarının səbəbi nələrdir? “Birini seç” verilişini izləyərək yazıçı, tərcüməçi və fotoqraf Hədiyyə Şəfaqəti daha yaxından tanıyın.