“BİRİNİ SEÇ” – “EMEDİA GROUP”-UN RƏHBƏRİ ELŞƏN ƏLİYEV: “YAXINDAKI UZAQ MƏNƏ DAHA MARAQLIDI”

“Birini seç”də bu dəfə öz seçimlərini edən “EMEDİA GROUP” media təşkilatının rəhbəri Elşən Əliyev oldu.

Keçmişinə, gələnəklərinə bağlı bir insan olan təşkilat rəhbəri dostlarına daha çox yaxın olduğunu dedi. Kitab oxuyanlara həsəd aparan Elşən Əliyevin bunun üçün də öz səbəbləri var. Göy üzünü heç vaxt maraqlı hesab etməyən təşkilat rəhbəri üçün niyə suyun dibi daha üstündür? Bəs niyə “yaxındakı uzaq”, “uzaqdakı yaxından” daha maraqlıdı onun üçün?