Aprelin 12-də “Azərosmos” ASC tərəfindən Azərbaycanda ilk dəfə raket modelçiliyi – “Rocketry Azerbaijan” festivalı keçirilib.Təhsil Nazirliyi və “Azərkosmos” ASC-nin birgə keçirdiyi “CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsi çərçivəsində baş tutan festivalda müsabiqənin layihələndirmə mərhələsini uğurla keçən komandalar iştirak edib.
Festival çərçivəsində “Azərkosmos” və Rusiyanın “Kassiopeya” fondunun mütəxəssisləri tərəfindən müsabiqə iştirakçılarına daşıyıcı raketlərin strukturu, xüsusiyyəti və iş prinsipi barədə təlim keçirilib. Təlim əyani olaraq raket modelləri üzərində aparılıb.