Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”nə təqdim edilib.
Azərbaycanda qış turizm mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına dair mediatur təşkil edildib.
Qubada Yunus Emre insitutunun təşkilati dəstəyi ilə yeniyetmə və gənclər üçün Ənənəvi Türk Oxçuluğu kursları açılıb.
Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Hacıhüseynli kənd inzibati ərazi dairəsinin Davudoba kəndində vətəndaşların səyyar qəbulunu keçirib.
12 dekabr 2024-cü il tarixdə böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının iyirmi birinci ildönümü ilə əlaqədar Ulu Öndərin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi səhər saatlarında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin bir qrup rayon ictimaiyyətinin nümayəndəsi tərəfindən ziyarət edilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının iyirmi birinci ildönümü ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Quba rayon təşkilatında “Nə qədər ki, Azərbaycan var mən də varam...” mövzusunda konfrans təşkil olunub.
Davudoba kənd avtomobil yolunun asfaltlama işlərinə başlanılıb.








