“ƏSLİ VƏ KƏRƏM” YURDU- QARAKEÇDİ KƏNDİ

Qarakeçdi kəndi Laçın rayonununda yerləşir. Kəndin keçmiş adı Qarakeşiş olub. XVII əsrdə Cənubi Azərbaycandan gəlmiş ailələrin Qara Keşiş damı adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Rəvayətə görə, oradakı Qarakeşiş damı adlanan qara daş “Əsli və Kərəm” dastanındakı Əslinin atası Qara Məlikdir. Hazırda kənddəki bulaqlardan biri də Əsli-Kərəm bulağı adlanır. 1936-cı ildə kəndə V.Leninin adı verilib. Keçən əsrin sonlarında kəndin adı Qıraqlı kimi rəsmiləşdirilib. 5 oktyabr 1999–cu ildən isə dəyişdirilərək Qarakeçdi adlandırılıb.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra bu ərazi ermənilər tərəfindən Lernahovit icması adlandırılırdı.İşğaldan əvvəl kənd əhalisinin əsas təsərrüfatı heyvandarlıq idi.Kənd 28 i8ldən sonra 2020-ci ilin dekabrın 1-də Laçın rayonu ilə birlikdə 28 illik erməni əsarətindən qurtularaq öz sahiblərinə qaytarıldı.