“ƏSKİ VƏ ÇAĞDAŞ QUBA” FİLMİNİN ÇƏKİLİŞLƏRİNƏ BAŞLANILIB

Qafqaz Tv Quba Rayon İcra Hakimiyyətinin sifarişi və maddi dəstəyi ilə “Əski və Çağdaş Quba” filminin çəklişlərinə start verib. Filmin daha da mükəmməl alınması

üçün yaradıcı heyət əslən qubalı olan ağsaqqal ziyalılarla görüşüb. Görüşdə   Quba Rayon Ağsaqqallar şurasının sədri İldırım Məmmədov, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylı və Ağsaqqallar şurasının üzvləri Mehman İbrahimov, Səfər Bayramov və  Fərman Seyidovun iştirakı edib.

Filmin yaradıcı birliyi yaxşı bilir ki, belə bir sənədli filmi ərsəyə gətirənlərdən yüksək yaradıcılıq və peşəkarlıqla yanaşı, həm də olmuş hadisələri və gerçək həyatı lentə almaq tələb olunur. Bunun üçün isə həyat təcrübəsi olan belə insanların məsləhətinə böyük ehtiyac var. Filmin ssenarisi ilə tanış olan qonaqlar, ssenaridə bəzi dəyişiklilərin və əlavələrin olunmasını təklif etdilər. Filmin yardıcı birliyiverilən məsləhətlərə və təkliflərə görə rayonun ziyalı ağsaqqallarına minnətdarlıqlarını bildirdilər. Qeyd edək ki, Qubanın tarixi, turizm potensialı, kənd təsərrüfatı, bugünü və əsrarəngiz təbiəti ilə bağlı düşüncələrin yer aldığı “Əski və Çağdaş Quba” filmi adından da göründüyü kimi Qubada çəkilir.

Filmdə Qubanın tarixi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb. Filmdə yer alan bəzi tarixi hadisələrin peşəkar aktyorlar tərəfindən səhnələşdirilməsi də nəzərdə tutulub. Yaradıcı birlik çəkiliş müddətində daha bir neçə dəfə müxtəlif sahədə peşəkar olan Quba ziyalıları ilə belə görüşlərin keçirilməsini nəzərdə tutur.