“ƏL-CƏZİRƏ” AZƏRBAYCAN MUSİQİSİNİN SİMVOLU OLAN TAR BARƏDƏ REPORTAJ HAZIRLAYIB

Qətərin Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndələri bir müddət öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində “Əl-Cəzirə” heyəti işğaldan azad edilən rayonları ziyarət edib. Səfər müddətində Əl-Cəzirə Media Şəbəkəsinin əməkdaşı Omar Əl Hac Füzuli sakini, tar ustası Musa Yaqubovdan müsahibə alıb. Musa Yaqubov tar hazırlanmasının sirlərini Omar Əl Hacla bölüşüb.