“ŞUŞA–AZƏRBAYCANIN TARİXİ VƏ STRATEJİ ƏHƏMİYYƏTLİ MƏDƏNİYYƏT PAYTAXTI” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabının təqdimatı keçirilib. Tədbir Şuşa Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.