“ÇÖLÇÜ” İCTİMAİ BİRLİYİ ADPU – NUN QUBA FİLİALINDA OLUB

“ÇÖLÇÜ” İctimai Birliyinin rəhbəri Eltən Qədimbəyli ilə ADPU-nun Quba filialının tələbələri arasında görüş keçirilib. Tədbir filialın ikinci tədris ili tələbəsi, Qafqaz TV "Könüllü tələbə-jurnalist layihəsinin fəal üzvü Şəbnəm Abdullayevanın moderatorluğu ilə davam edib. Görüşdə filialın direktoru dosent Yusif Alıyev çıxış edərək Birliyin tələbələr üçün faydaları haqqında ümumi məlumat verib. O, bildirib ki, filial tələbələrinin belə bir birliyə üzv olmaları tələbələrin ümumi sosial fəaliyyətinə, düşüncələrinə müsbət təsir göstərəcək.