“ÇÖLÇÜ” BİRLİYİNİN QURUCUSU TÜRK OXÇULUĞU ÖYRƏDİCİSİ OLDU

“Çölçü” Birliyinin qurucusu Eltən Törəçi Türk oxçuluğu öyrədicisi (müəllimi) sertifikatı alıb. Beləki, 2-10 mart tarixində Yunus Əmrə İnstitutunun və Okçular Vakfının 2017-ci ildən

gerçəkləşdirdiyi “Kemankeş” layihəsi çərçivəsində keçirilən 8-ci Gələnəksəl Türk Oxçuluğu müəllimi təlimi proqramına qatılan “Çölçü” Birliyi qurucusu Eltən Törəçi proqramı uğurla başa vuraraq gələnəksəl Türk oxçuluğu müəllimi sertifikatı alıb.

Yunus Əmrə İnstitutu və Okçular Vakfı tərəfindən 2017-ci il, oktyabrın 17-dən həyata keçirlən “Kəmankeş” layihəsi 2018-ci ildən bu günə qədər kəsintisiz olaraq gerçəkləşərək dünyanın bir çox ölkəsindən 9 min insanın iştirakı ilə Gələnəksəl Türk Oxçuluğu kursları düzənləyib. Bu il təşkil edilən kurslara qatılan və gələnəksəl Türk Oxçuluğu müəllimi rəsmi adını alan “Çölçü” Birliyinin qurucusu Eltən Törəçi 2015-ci ildən, hələ “Çölçü” Birliyinin formalaşmağa başladığı gündən qədim Türk Oxçuluğu sənətini araşdıraraq, onu incələyib, daha dərindən öyrənməyə çalışıb. İllərdir öyrəndiklərini dostları, eləcə də “Çölçü” birliyi üzvləri və birliyin düzənlədiyi çölçü axınları iştirakçıları ilə bölüşən Eltən Törəçi Azərbaycanda gələnəksəl Türk Oxçuluğunun tanıdılması yönündə işlər görüb.

 “Kəmankeş” layihəsinə qatılanlar arasında “Çölçü” Birliyinin xanımlarından olan Elnarə Cəbrayılovanın da Eltən Törəçi ilə bərabər Türk oxçuluğu müəllimi sertifikatı alması da buna görə təsadüfi deyil.

Mart ayında “Kəmankeş” layihəsinə qatılaraq gələnəksəl Türk oxçuluğu öyrədicisi təlimini uğurla başa vuran “Çölçü” Birliyi rəsmisi artıq Türk oxçuluq müəllimiyinin rəsmi sertifikatı ilə ölkəyə qayıdıb. Qatıldığı kurslarla bağlı öz təsüratını bölüşən Eltən Törəçi gələnəksəl Türk oxçuluğunun təbliği yönündə gördüyü işlərin ilk dəfə dəyərləndirildiyini vurğulayaraq bildirib ki,  oxçuluq müəllimi sertifikatı almaq onun üçün böyük anlam daşıyır.

Onu da xatırladaq ki, “Kemankeş” layihəsi çərçivəsində keçirilən 8-ci Gələnəksəl Türk Oxçuluğu müəllimi təlimi proqramına 10 ölkədən 16 idmançı qatılıb. İştirakçı ölkələr  isə Türkiyə, Azərbaycan, Almaniya, Belçika, Seneqal, Oman, Nigeriya, Misir, Cənubi Afrika Respublikası və İtaliyadır. Bununla da ümumilikdə gələnəksəl Türk Oxçuluğu müəllimi sertifikatı alan idmançıların sayı 185 nəfərə layihədə iştirak edən ölkələrin sayı isə ümumilikdə 43-ə çatıb.