“ZƏFƏR TARİXİ” KURSU TƏDRİS OLUNACAQ

Yeni tədris ilindən 44 günlük vətən müharibəsindən və qələbəmizdən bəhs edən zəfər tarixi kursu tədris olunacaq. Dərsliyin adı da elə zəfər tarixidi. Artıq bununla bağlı müəyyən addımlar atılıb və eyni adlı dərslik layihəsi hazırlanıb. Təhsil nazirliyindən bildiriblər ki, bu dərsi tarix müəllimləri tədris edəcəklər. Qurumdan verilən məlumata görə burada məqsəd şagirdlərə vətən müharibəsi ilə bağlı ümumi mənzərəni göstərməkdir.