“YAY MƏKTƏBİ” BAŞLADI

Bu gündən etibarən 2 həftə müddətində ümum təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “ Yay məktəbi “başlayır. “ Yay məktəbi “ ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir. Yay məktəbinin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması , təhsil alanlara zəruri bilik və bacarığın verilməsidir. Yay məktəbi ərzində ekskursiyalar , muzey dərsləri , açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur. Qeyd edək ki, Yay məktəbi iyunun 30 – na kimi davam edecək.