“TARİX YAZAN QƏHRƏMANLAR”
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 896
			
	
        
		
			
		
		
	
	
		Qubanın Dağlı kəndində Şəhid Xudayev Yaşar  Əli oğlunun əbədiləşdirmək üçün xatirə bulaq kompleksinin  açılışı olub.Kompleksin açılışında rayon şəhid Yaşar Xudayevin yaxınıarı ilə birlikdə İcra Hakimiyyəti aparatı rəsmiləri, 44 Günlük Vətən Savaşında iştirak edn Qubalı qazilər, Dağlı kənd məktbinin pedaqoqları, əllərində 3 rəngli Azərbaycan bayrağı dalğalandıran məktəblilər, kənd sakinləri iştirak edib. Tədbirə qatılanlar  Şəhidin keçdiyi şərəfli ömür yolundan  bəhs edib, Şəhid Xudayev Yaşar  Əli oğlunun döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, 30 ildir davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşərək Vətən naminə ölüm-dirim mübarizəsinə qalxıb.Daha sonra məktəblilər vətənpərvər ruhda şeirlər səsləndiriblər.Xatırladaq  ki, Şəhid Xudayev Yaşar  Əli oğlu 1999-cu il noyabrın 1-də Quba rayonun Dağlı kəndində dünyay gəlib, elə orta məktgəbi də Dağlı Kənd Tam Orta məktəbində bitirib. Təhsilini Bakı Qida Sənayes Kollecində başa vurduqdan sonra  2019-cu ilin  iyulunda hərbi xidmətə yola düşüb, XTQ ( Xüsusi təyinatlı qüvvələr)  sıralarında xidmət edib. 2020-ci il sentaybrın 27-də isə Murov dağ yüksəkiyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.Bulağın açılışına toplananlar Şəhid Yaşar Xudayevin adını daşıyan bulağın suyundan içib üzərinə tər qərənfillər düzüblər.Xatırladaq ki, bulaq kompleksinin  ətrafı abadlaşdırılıb, indi burada Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır. Bulağının  yanında 44 günlük vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olan Quba Şəhidlərinin, “Tarix Yazan Qəhrəmanlar”ın şəkilləri də var. Torpaqlarımızın bötövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimiz xalqımızın yaddaşında əbədi yaşayır və bundan sonra da yaşayacaq.
    
        
                    
            
	
	
				
				
		
	
	
				