“SƏRÇƏ” FİLMİ İTALİYADA KEÇİRİLƏN BEYNƏLXALQ QISA FİLMLƏR FESTİVALINA SEÇİLIB

Bakıda 3-7 sentyabr 2021-ci il tarixində canlı formatda IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində 40 ölkədən 200-ə yaxın uşaqlar və böyüklər üçün çəkilmiş müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın builki mövzusu “Əlillik” idi. Bununla yanaşı, gənc animasiya həvəskarlarını nəzərdə tutan və Azərbaycan animasiya sənətinin inkişafını təşviq edən müxtəlif vörkşoplar, o cümlədən Məsud Pənahinin ustad dərsi, Olivier Catherinin kino və animasiya produserləri üçün masterklası və Nik Phelps və Nancy Denney-Phelps tərəfindən bəstəkarlar və səs rejissorları üçün seminar baş tutub.