“SƏNSİZ” QƏZƏLİ ALMAN DİLİNDƏ SƏSLƏNDİRİLİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1477
			
	
        
		
			
		
		
	
	
		Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub.  Bu münasibətlə Berlində fəaliyyət göstərən Alman Azərbaycan Ziyalılar Birliyi Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığına müraciət edərək şairin "Sənsiz" qəzəlinə videoçarx hazırlayıb.Əsər hər iki dildə - Azərbaycan və alman dilində səsləndirilib. Qəzəlin alman dilinə filoloji tərcüməsi, uzun illər N.Gəncəvinin tədqiqatçısı, dilçi Sevil Fuchsa, poetik tərcüməsi isə filoloq tərcüməçi Rosemarie Kuperə aiddir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				