“SUĞRA VƏ OĞULLARI” FILMİ ƏN YAXŞI SSENARİ NOMİNASİYASINA NAMİZƏDDİR

On dördüncü Asiya və Sakit Okean Hövzəsi Ölkələri Ekran Mükafatları namizədləri elan olunub. 25 ölkədən 38 filmin nominant olduğu mükafatların qalibləri noyabrın 14-də Avstraliyada keçiriləcək tədbirdə açıqlanacaq. C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından bildirilib ki, İlqar Nəcəfin “Suğra və oğulları” filmi ən yaxşı ssenari nominasiyasında namizəddir.