“SONUNCU” FİLMİ NÖVBƏTİ BEYNƏLXALQ FESTİVALDA

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 9-cu Boğaziçi Beynəlxalq Film Festivalının “Beynəlxalq sənədli filmlər” kateqoriyasında yarışacaq.“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, oktyabrın 23-dən 30-dək İstanbulda keçiriləcək festivalda “Sonuncu” filmi dünyanın müxtəlif ölkələrindən seçilmiş 10 filmlə birgə yarışacaq.