“Qoç ət” heyvandarlıq kompleksi cins damazlıq heyvanların satışını həyata keçirir

Zirə kəndində yerləşən Qoç ət kəndli fermer təsərrüfatının heyvandarlıq kompleksi 2016 –ci ildən fəaliyyət göstərir. Dövlət tərəfindən güzəştli şərtlərlə cins damazlıq heyvanlarının alınmasından

yararlanan bu kompleks sevindirici haldır ki , indi artıq özüdə bu Simmental cinsli boğaz düyələri yetişdirir və istər yerli ,istərsə də xarici fermerlərə satışını həyata keçirməyə tam hazırdır. Artıq neçə illərdi ölkədə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanlar satılır,təsəvvür edin Aldığınız mal-qaranın dəyərinin 60 faizini dövlət ödəyir ,siz yalnız 40 faizini ödəməklə bu heyvanlara sahib olursunuz, Abşeron rayonunda yaşayan kiçik fərdi təsərrüfatla məşğul olan Məcid Bayramov da bu güzəştli şərtlərdən xəbər tutub və təsadüfi deyilki ,təmizliyinə və heyvanların sağlamlığına əmin olduğu Qoç ət fermer təsərrüfatını seçib. 400-ə yaxın heyvanın hər birinə böyük səbrlə yanaşan Kompleksin baytar həkimi .deyirki , cins inəklər qısa zamanda kökəlir ,Həm süd, həm də ət istehsalında çox sərfəlidir. Və sağlamlıqları ciddi nəzarət altında saxlanılır ,mütəmadi qan analizləri götürülür və bu günədək heç bir xəstəlik aşkar edilməyib. “Simmental” cinsi həm də sağlam, dözümlü və uzunömürlü olmaqları ilə seçilir. bu cins inəklərin dişisinin ağırlığı 600-650, erkəyinin çəkisi isə 750-800 kiloqrama çatır. Bir inək gün ərzində 20 25 lit süd verir,bir laktasiya dövründə isə 6 tona qədər süd verə bilir. Ən müasir tələblərə cavab verən Qoç ət heyvandarlıq kompleksində işlərin hamısı demək olar ki, avtomatlaşdırılıb. Heyvanların yemlənməsi və sulanması, peyinin daşınması, sağım prosesi, yemin hazırlanıb paylanması mexanizmlərin köməyi ilə əl dəymədən həyata keçirilir. Fermada havalandırma sistemi də quraşdırılıb ki,sərin iqlimə uyğunlaşan bu heyvanlar sistem vasitəsilə ilin bütün fəsillərində normal temperaturda saxlanılır.Gələn ilə heyvanlarının sayının 1000-ə çatdırılması planlaşdırılır