“QAÇAQ MAYIL DASTANI” KİTABININ TƏQDİMATI OLUB

Bu günlərdə XX əsrin əvvəllərində Azərbaycanın şimal bölgəsində igidliyi və qəhramanlığı ilə tanınmış, Qaçaq Mayıl adı ilə məşhurlaşan şəxsiyyətin fəaliyyəti ilə bağlı yazıçı Tahir Həsənlinin qələmə aldığı“Qaçaq Mayıl dastanı” adlı kitabın təqdimat mərasimi keçirildi. Mərasimdə Qaçaq Mayılın nəvəsi Solmaz xanım Cahangirova ,Azərbaycan yazıçılar birliyinin Qubadlı regional bölməsinin sədri Namiq Məna və rayon ziyalıları iştirak edib.