“QARABAĞ”XANKƏNDİDƏ TARİX YAZACAQ

Bu gün saat 14:00-da Xankəndi stadionunda “Qarabağ”-MOİK oyununu izləmək üçün Bakıdan gedən azarkeşlər və media nümayəndələri artıq Xankəndidədir. Düz 35 ildən

sonra Xankəndi şəhər stadionu öz qapılarını bu yerlərin əbədi və əzəli sakinlərinin üzünə açır. Bu gün ölkəmizin idman tarixində yeni şanlı səhifə yazılır. Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” - MOİK oyununu Xankəndi şəhər stadionunda baş tutacaq.Bu ilin sentyabr ayında Azərbaycan ordusu tərəfindən Xankəndi şəhəri və ətraf ərazilərdə keçirilən anti-terror tədbirlərindən sonra stadion qısa zaman ərzində hazır vəziyyətə gətirilib. Oturacaqlar dəyişdirilib, ot örtüyü yenilənib. Müassir işıqlandırma sistemləri və səs sistemləri quraşdırılıb. Azarkeşlər üçün ayrılan sektorda Xankəndi və Qarabağ Azərbaycandır sözləri yazılıb.