“QARABAĞ AZƏRBAYCANDIR!” MAHNISI TƏQDİM EDİLİB

"Nəqşicahan" mədəni mərkəzinin solistləri "Qarabağ Azərbaycandır!" adlı yeni mahnını təqdim ediblər. Mahnının İdeyası Fərahim Sadiqə, sözləri şair Natiq Qubadoğluya, musiqisi Dombraya, aranjimanı isə Fərahim Sadiqə və Vüsal Ömərə aiddir. Mahnını tanınmış müğənnilər xalq artistləri İlqar Muradov və Samir Cəfərov, əməkdar artistlər Nuriyyə Hüseynova və Cahangir Qurbanov, gənc müğənnilər Sərxan Bünyadzadə və Çilənay Hüseynova ifa ediblər. Mahnının qiraət hissəsi Faraim Sadiqə məxsusdur.