“QARABAĞ AZƏRBAYCANDIR!” KOLLEKSİYASI BEYNƏLXALQ MODA SƏRGİSİNDƏ

Dördüncü Stokholm Beynəlxalq Moda Sərgisində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Qarabağ Azərbaycandır!” kolleksiyası videoformatda təqdim edilib. Qeyd edək ki, moda sərgisi çərçivəsində İsveç Milli Muzeyində və “Volvo Studio Stockholm”da ABŞ, İsveç, Serbiya, İspaniya, İtaliya, Qazaxıstan, Argentina, Tayland, Çin, və digər ölkələr dizaynerlərinin kolleksiyaları təqdim olunub.