“NİZAMİ GƏNCƏVİ İLİ”NİN YEKUN TƏDBİRİ

Qubadakı Heydər Əliyev Mərkəzində “Nizami Gəncəvi ili”nin yekun tədbiri keçirilib. Tədbir Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə təşkil olunub. İlk olarq tədbiri Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilməsi barədə məlumat verib və Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsinin gənc nəslin həyatındakı rolundan danışıb.