“NAZİK MƏTLƏB” FİLMİNİN ÇƏKİLİŞİ YEKUNLAŞIB

Görkəmli azərbaycanlı yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında “Nazik Mətləb” filmi çəkilib. Ekran işində tələbəsinə aşiq olan, lakin dövrün qınağından ehtiyat edərək, işgüzar fəaliyyətinə kölgə salmamaq üçün sevgisini dilə gətirməyən müəllimin sevgi hekayəsindən danışılır.