“NAXÇIVAN” UNİVERSİTETİNDƏ “PEŞƏKAR BƏLƏDÇİ” TƏLİMİ KEÇİRİLİR

Naxçıvan Universitetində Turizm Departamentinin birgə təşkilatçılığı ilə təşkil olunan təlimin ilk modul iclası keçirilib. Universitetin rektoru, dosent Nurlana Əliyeva “İqtisadiyyat” fakültəsinin “Turizm işinin təşkili” və “Turizm və otelçilik” ixtisaslarında təhsil alan tələbələrinin iştirakı ilə keçirilən təlimin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, məqsəd bu sahədə qazanılan nəzəri bilikləri təcrübədə həyata keçirməklə tələbələri peşəkar kadr kimi yetişdirməkdir.