“KİNO-KİNO” FİLMİN QALA GECƏSİ KEÇİRİLİB

 Real hadisələr əsasında çəkilən film fevral ayının 20-də izləyicilərə təqdim olunub. Filmin baş qəhrəmanları Bəhram, Firuz və Mahir dram janrında film çəkmək istəyir. Lakin bu janrda filmə heç bir investor onlara pul ayırmır. Və onların fikri tamamilə dəyişir.

Filmdə Baş rolları gənc və istedadlı aktyorlar Əlibəy Məmmədli, Cövdət Şükürov və Türkay Cəfər ifa edib. Filmin rejissoru Nicat Ələsgərov quruluşcu rejissoru isə Gəray Həsənovdur. Ssenari müəllifləri Gəray Həsənov və Züleyxa Naeldir. Kinonun aktyor və rejissor heyəti Qafqaz tv-ə film haqqında ümumi məlumat verib. Öz büdcələri hesabına film çəkməyi planlaşdıran dostların başına müxtəlif maraqlı hadisələr gəlir. Filmin sonlarına yaxın gözlənilməz hadisələr olur.