“KANAL İSTANBUL” TÜRKİYƏNİN DÜNYA TİCARƏTİNƏ TƏSİRİNİ ARTIRACAQ

“Kanal İstanbul” Türkiyənin dünya ticarətinə təsirini artıracaq və ölkəni dünya iqtisadiyyatında lider səviyyəsinə qaldıracaq. bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu söyləyib.Layihənin təməlinin bu il iyunun 26-da atılacağını xatırladan nazir “Kanal İstanbul”un dünyada və Türkiyədə baş verən texnoloji və iqtisadi inkişaf, dəyişən iqtisadi istiqamətlər, eləcə də ölkənin nəqliyyat layihələri ilə bağlı artan ehtiyaclarından ortaya çıxan zərurət olduğunu bildirib Layihənin ərsəyə gəlməsində 204 mütəxəssisin fəaliyyət göstərəcəyini bildirən nazir kanalın uzunluğunun 45 kilometr, əsas genişliyinin 275 metr olacağını bildirib. Adil Karaismailoğlu “Kanal İstanbul”un Türkiyə ilə yanaşı, Türkiyə boğazlarından istifadə edən bütün ölkələr üçün əhəmiyyətli olduğunu vurğulayıb.