“İSTEDADLAR AXTARIŞINDA”

Sentyabrın 17-də Qubada “İstedadlar axtarışında” adlı müsabiqənin seçim turu keçirilib. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində “İstedadlar axtarışında” adlı müsabiqədə iştirak edəcək yeniyetmə

və gənclər üçün seçim turu keçirildi. Məqsəd mədəniyyət və incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı yeniyetmə və gənclərin, insanların üzə çıxarılmasıdır. Müsabiqədə iştirak edəcək iştirakçıları münsiflər heyəti müəyyənləşdirdi. Münsiflər heyəti, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba üzrə nümayəndəsi Fuad Orucov, Quba Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov, Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov və digər mədəniyyət işçilərindən təşkil olundu. Seçim turunda Qubanın bir çox kəndlərindən yeniyetmə və gənclər iştirak edərək öz bacarıqlarını sərgilədilər. Tədbiri təşkil edən Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov bildirdi ki, tədbirin məqsədi Qubanı “İstedadlar axtarışında” adlı müsabiqədə layiqli təmsil etmək üçün gənc istedadları ortaya çıxarmaqdır. Qeyd edək ki, müsabiqənin təşkili və keçirilməsi Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilir. Müsabiqə bu nominasiyalar üzrə həyata keçirilir. Bədii qiraət və şeir, mahnı ifaçılığı, tədbir aparıcısı, musiqi alətləri ifaçısı, rəqs ifaçlığı, aktyorluq bacarığı. Müsabiqədə iştirak edənlərə yaş məhdudiyyəti qoyulmur. İştirakçıların hər növdə yalnız bir nömrə ilə çıxış etməsinə icazə verilir. Seçim turunda bir çox ifalar münsiflər heyəti tətəfindən alqışla qarşılandı. Qeyd edək ki, müsabiqə 25-27 sentyabr 2019-cu il taxilərində saat 11:00-də Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində keçiriləcək. Müsabiqəyə Xaçmaz Regional Mədəniyyət İdarəsi tətfindən təyin olunan Təşkilat Komitəsi rəhbərlik edir. Müsabiqədə hər nominasiya üzrə l, ll, lll və həvəsləndirici yerləri tutan iştirakçılar Xaçmaz Regional Mədəniyyət İdarəsi tətəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqə qaliblərininj mükafatlandırma mərasimi 27 sentyabr 2019-cu il tarixində yekun konsertdə keçiriləcək.