“İSLAM İRSİMİZİ TANIYAQ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏQDİMAT

Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində Gəncə Şah Abbas məscidi ilə bağlı materialı təqdim edib. Nazirlikdən bildirilib ki, materialda məscid haqqında geniş məlumat əksini tapıb. XVII əsr Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas məscidi 1606-cı ildə yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən inşa edilib. Xalq arasında Cümə məscidi kimi tanınan möhtəşəm məbədin memarı Şeyx Bahəddin Məhəmməd Amilidir.