“HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ REGİONAL KONFRANS KEÇİRİLİB

“Heydər Əliyev İli” çərçivəsində Quba rayon Heydər Əliyev Mərkəzində “Azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər Əliyev dühası: milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib. Konfransdan əvvəl Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub. Tədbirdə çıxış edənlər bildirdilər ki, Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı və xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz Ulu öndərin əsasını qoyduğu müdrik və düşünülmüş siyasəti dövrün tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, dünyada söz sahibinə çevrilib.