“FULYA” FİLMİ FƏDAKAR JURNALİSTLƏRƏ HƏSR EDİLİB

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” filminin çəkilişlərinə başlanıb. Film Vətən müharibəsi dövründə müharibənin acı və dağıdıcı həqiqətlərini dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək.Film haqqında danışan “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürk .Bildirib ki, bu sənədli filmdə İkinci Qarabağ müharibəsində özünün və operatoru Halil Kahramanın lentə aldığı, ancaq efirdə görünməyən kadrlarından da istifadə ediləcək.Filmin rejissoru, kinorejissor Tahir Tahiroviç bildirib ki, bu film istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də 1-ci Qarabağ savaşında yaşamını təhlükələrə ataraq Azərbaycan həqiqətlərini dünyaya çatdıran jurbnalistlərə ithaf edilib