“CƏNNƏT BAĞI” İSTİRAHƏT MƏRKƏZİNDƏ 234 NƏFƏR KARANTİNDƏ SAXLANILIR

Dünyanda geniş yayılan (COVİD-19) pandemiyasının yayılmasına qarşı ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlərə iş adamları və sahibkarlarımız yüksək səviyyədə dəstək olurlar .Bu önəmli və xeyirxah təşəbbüsə qoşulanlar sırasında Cənnət bağı şirkətlər qrupu da var.

Rusiyadan gələn və karantinə götürülən 234 nəfər həmvətənimiz Cənnət bağı Quba istirahət mərkəzinin 5 ulduzlu otellerində yerləşdirilib. İstirahət mərkəzinin bütün xidmət personalı burada müayinə olunanların müvəqqəti yaşam vəziyyətinin yüksək səviyyədə təşkili üçün hər cür lazımı tədbirləri görür. Cənnət bağı Quba istirahət mərkəzində nəzarətə götürülən şəxslər karantində deyil sanki istirahətdə olduqlarını diqqətə çatdırdılar. Sonda onuda qeyd edək ki, Cənnət bağı Quba istirahət mərkəzində karantinə götürülən şəxslər 14 -21 gün müddətində həkim nəzarətində qalacaqlar.