“BİZ QALİB ÖLKƏYİK!”

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə etdiyi çıxışında Ermənistanın inkişafı üçün yeganə yolun öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək olduğunu vurğuladı. Kaputulyasiya aktını imzalamasına baxmayaq daxili çəkişmələr burulğanında çapalayan ermənistan isə görünür revanşizm fikirlərindən daşınmır. Prezident İlham Əliyevin də dediyi kimi bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Düşmənçilik Ermənistana çox baha başa gəldi. 30 il ərzində Ermənistanda müstəqil dövlət qura bilmədilər və indi onlar xarici dairələrdən və xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Ermənistandakı mövcud vəziyyəti şərh edən Politoloq İlyas Hüseynovun fikrincə buna səbəb müxtəlif siyasi qüvvələr arasındakı daxili çəkişmələrdir .Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ermənistan təxribatçı qüvvələri unutmamalıdır ki, Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir. Biz qalib ölkəyik