“BİRLİKDƏ DAHA DA GÜCLÜYÜK!”

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Azərbaycan dilində qısametrajlı yeni tanıtım filmi yayımlanıb.Bu barədə Türk Şurasından məlumat verilib. Qurumun katibliyi tərəfindən hazırlanan filmdə təşkilatın fəaliyyət və nailiyyətləri ilə yanaşı, strategiyası haqqında da ictimaiyyətə ətraflı məlumat verilir. Film Azərbaycan dili ilə yanaşı, təşkilata üzv və müşahidəçi ölkələrin dillərində də hazırlanıb.