“AZƏRBAYCAN KASKADYORLAR AKADEMİYASI"NI KİM YARADIB ?

Adi bir insanın edə bilməyəcəyi, ciddi zədə və ölümə səbəb ola biləcək müxtəlif hərəkətlər etməsi, bir kaskadyorun vəzifələrinə daxildir. Kaskadyorlar at sürür, avtomobil yarışlarında iştirak edir, yüksəkliklərdən tullanır, rəqiblərin zərbələrini dəf edir, suyun dərinliyinə dalır, alova bürünmüş evlərə girirlər. Bu günkü sujetimizin qəhramanı da kaskadyordur. Onu bəlkə də çoxunuz tanımırsız. Ancaq həmyerlimiz Sain Fərhad Fərmanlını demək olar ki, kino sahəsində çalışan hər kəs tanıyır.