“ARAXÇIN” ANİMASİYA FİLMİ BEYNƏLXALQ FESTİVALIN FİNALÇILARI ARASINDA

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin dəstəyi ilə Kino və Televiziya Peşəkar Assosiasiyası tərəfindən təşkil edilən IX “İpək Yolu" Beynəlxalq Film Festivalının finalçıları müəyyənləşib. Türkiyə, Çin, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Qazaxıstan, İtaliya, Suriya, Hindistan, İraq, Yunanıstan, İran, Əfqanıstan və Pakistan kinematoqrafiyasından 3089 filmin iştirak etdiyi festivalda münsiflər heyətinin ilkin baxışının yekunlarına əsasən milli və beynəlxalq dərəcəli finalçılar seçilib. Festivala azərbaycanlı rejissor Firəngiz Qurbanovanın “Araxçın” animasiya filmi beynəlxalq festivalın finalçıları arasında yer alıb.