“ANADOLU QARTALI-2021” BEYNƏLXALQ TAKTİKİ-UÇUŞ TƏLİMİ SONA ÇATIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1414
			
	
        
		
			
		
		
	
	
		İyunun 21-dən müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində  keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb.Təlimin bağlanış mərasimində aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.Verilən bütün tapşırıqları peşəkarlıqla icra edən hərbi pilotların göstərdikləri nəticələr təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, bütün ölkələrin komandalarına təşəkkür edilib və hədiyyələr təqdim olunub.“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarəsi iştirak edib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				