ƏSRİK VƏ HACI İSAQLI KƏNDLƏRİ

Kəlbəcər rayonun Əsrik kəndi dağətəyi ərazidədir. XX əsrin əvvəllərində rayonun ərazisində Böyük Əsrik və Kicik Əsrik adlı iki kənd qeydə alınıb. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmışdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən köçüb gəlmış dord ailə salmışdır.Burda Qulu bəyin yurdu, Qaragüney yurdu, Ağgüney yurdu, Uzunkalafa yurdu, Baş yurd, Qoturlu yaylağı, Puşdu yurd, Xatınoğlunun yurdu, Dükanlı yurd, Ağbulaq yurdu, Hacımahmudlu yurdu, Qoçtəpəli yurdu, Arpalar yurdu, Qaynarbulaq yurdu, Alançıqqaya yurdu, Aşağı yurd kimi yaylaqlar var.Bulaqlarından isə Soyuq bulaq, Novlu bulaq, Yarpızlı bulaq, Sarı bulaq, Qaynar bulaq, Daş bulaq, Böyük qotur su, Turş su, Arıçılıq qayasından çıxan su, Neftlı bulaq, Əhəngyanan bulaq, Qaratel bulağı, Şahnisə bulağının adını çəkmək olar.Cəbrayəl rayonun Hacı İsaqlı kəndi də Azərbaycanın qədim yurd yerlərindəndir.Dağların qoynunda yerləşən bu kəndi də ermənilər işğal etdikləri digər Azərbaycan əraziləri kimi yerlə-yeksan ediblər. 2020-ci il 19 oktyabrdan Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildən sonra bu yurd yeri sakinlərinin qayıdışını, düzlərində uşaqların səs-küyünü, yenidən canlanmasını, dirilməsini gözləyir.