ƏRDOĞAN ŞAHBAZ ŞƏRİFLƏ TELEFONLA DANIŞIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın yeni seçilmiş baş naziri Şahbaz Şəriflə telefonla danışıb. Ərdoğan Şahbaz Şərifi Pakistanın yeni baş naziri seçilməsi münasibətilə təbrik edib. Seçki nəticələrinin Pakistan xalqı üçün faydalı olmasını arzulayan Ərdoğan Pakistanda baş verənləri yaxından izlədiklərini, bütün çətinliklərə və maneələrə baxmayaraq, Pakistan xalqının demokratiya və qanunun aliliyindən əl çəkmədiyini qeyd edib.